...

Azərbaycan tarixinə aid qədim abidə aşkarlanıb

Cəmiyyət Materials 12 May 2011 16:11 (UTC +04:00)
Azərbaycanın Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində qədim abidə aşkarlanıb.
Azərbaycan tarixinə aid qədim abidə aşkarlanıb

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində qədim abidə aşkarlanıb. Bunu cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasının rəisi Nəsib Muxtarov deyib.

O bildirib ki, kənd sakinləri qoyun otararkən maraqlı bir daşa rast gəliblər və bu barədə dərhal ekspedisiya rəisinə məlumat veriblər.

Muxtarov qeyd edib ki, aparılan araşdırmalar nəticəsində sakinlərin tapdığı daşın 4-9-cu əsrlərə aid sarkafak olduğu müəyyənləşib.

Həmin sarkafakda dəfn olunmuş 2 insanın sümükləri olub. Sarkafakın altında eramızdan əvvəl I minilliyin ortalarına aid mədəni təbəqə aşkarlanıb.

Bunu çox maraqlı abidə hesab edən ekspedisiya rəisi həmin ərazidə qədim yaşayış məskəninin olması qənaətindədir.

Muxtarov hesab edir ki, buna görə də ərazidə tədqiqat işləri davam etməlidir.

Xəbər lenti

Xəbər lenti