...

Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbinin binası əsaslı təmir olunacaq

Cəmiyyət Materials 13 May 2011 19:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbinin binası əsaslı təmir olunacaq

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki Mərdəkan qəsəbəsindəki 123 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün Bakı şəhərinin Xəzər rayonu İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat vəsait ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 123 saylı ümumtəhsil məktəbi 1896-cı ildə məhşur mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən tikdirilib.

Xəbər lenti

Xəbər lenti