...

Türkiyənin Azərbaycandakı səfiri "Eurovision 2011" mahnı müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib

Cəmiyyət Materials 16 May 2011 16:11 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı fövqәladә vә sәlahiyyәtli səfiri Hulusi Kılıç 56-cı "Eurovision" mahnı müsabiqəsində birincilik münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyənin Azərbaycandakı səfiri "Eurovision 2011" mahnı müsabiqəsində qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 16 may /Trend/

Türkiyənin Azərbaycandakı fövqәladә vә sәlahiyyәtli səfiri Hulusi Kılıç 56-cı "Eurovision" mahnı müsabiqəsində birincilik münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən Trend-ə daxil olan məlumatda bildirilib.

Kılıç qeyd edib ki, bu müvəffəqiyyət tək Azərbaycana deyil, bütün türk dünyasına böyük qürur və sevinc bəxş edib.

"Səsvermə nəticələrinin açıqlanmasından sonra qrup üzvlərinin tamaşaçıları Türkiyə və Azərbaycan bayraqları ilə salamlaması "Bir millət, iki dövlət" və "sevincimiz ilə kədərimiz ortaqdır" ifadələrinin doğruluğunu və önəmini dünya ictimaiyyətinə bir daha göstərib", - Kılıç qeyd edib.

Səfirin sözlərinə görə, Azərbaycanın yarışmada qalib gəlməsi ölkənin müstəqillik əldə etdikdən beynəlxalq aləmdə qazandığı müvəffəqiyyətlərdən biridir.

Kılıç onu da əlavə edib ki, Bakıda keçiriləcək 57-ci "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanın dünya ictimaiyyətinə tanıdılmasında çox önəmli bir vəsilə olacağına inanır və buna görə çox şaddır.

"Azərbaycan xalqını və qrup üzvlərini layiq olduqları qələbə münasibətilə təbrik edir və uğurlarının davamlı olmasını arzulayıram", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti