Azərbaycan, Bakı, 25 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanda qaçqın vəsiqəsi və yol sənədini almaq üçün dövlət rüsumu müəyyən ediləcək.
Azərbaycanda qaçqın statusu alan vətəndaşlara yol sənədi verilir. Sənəd onlara xaricdə hərəkət etmək hüquqü verir.
"Qaçqın və məcburi köçkünlərin hüquqi statusu haqqında" qanuna dəyişikliklərə əsasən, dövlət rüsumu 5 manat məbləğində müəyyən ediləcək. Dəyşikliklər çərşənbə günü Azərbaycan Parlamentinin Sosial siyasət komitəsinin iclasında müzakirə edilib.
Qanuna ediləcək bu dəyişikliklər parlamentin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.