...

Azərbaycan və İraq arasında turizm sahəsində əməkdaşlıq üzrə sənəd imzalana bilər

Cəmiyyət Materials 10 İyun 2011 17:45 (UTC +04:00)
Azərbaycan və İraq arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycan və İraq arasında turizm sahəsində əməkdaşlıq üzrə sənəd imzalana bilər

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan və İraq arasında turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bu məsələlər barədə müzakirələr mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak arasında bu gün keçirilən görüş zamanı aparılıb.

Görüşdə səfir tərəfindən iki ölkə arasında turizm sahəsində əlaqələrin, xüsusən də dini ziyarətlərin aktivləşdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanması təklif olunub.

Eyni zamanda, sözügedən sahədə danışıqlar aparılması və memorandumun imzalanması məqsədilə İraqın turizm və tarixi abidələr nazirinin iyulda Azərbaycana səfərinin planlaşdırılması müzakirə olunub. Daha sonra tərəflər Bakı ilə Nəcəf arasında çarter reyslərinin açılması, iraqlı turistlərin Azərbaycana gəlməsinin təşviq olunması, regional, qlobal və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti