...

İyulun 1-də Günəş tutulması olacaq

Cəmiyyət Materials 29 İyun 2011 13:42 (UTC +04:00)
İyulun 1-də yerli vaxtla saat 13:38-də Günəş tutulması baş verəcək. Bunu çərşənbə günü Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.
İyulun 1-də Günəş tutulması olacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyulun 1-də yerli vaxtla saat 13:38-də Günəş tutulması baş verəcək. Bunu çərşənbə günü Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, Günəşdə qismən tutulması baş verəcək.

"Bu, ən maraqsız Günəş tutulmalarından biri olacaq. Çünki proses Antarktidanın yanında, yəni Afrikanın cənub hissəsində olacaq. Bu Günəş tutulması həm elmi baxımdan maraqsızdır, həm də müşahidə etmək üçün əlverişsiz yerə düşür.
Heç kəs onu müşahidə edə bilməyəcək", - Babayev deyib.

Astronom qeyd edib ki, cari ildə 4 Günəş tutulması baş verəcəyi gözlənilir. Bu, ilin 3-cü Günəş tutulmasıdır. Növbəti Günəş tutulması noyabrın 25-də olacaq.

Xəbər lenti

Xəbər lenti