...

Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanın nəticələri açıqlandı

Cəmiyyət Materials 15 İyul 2011 15:02 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Azərbaycanda həkimlər üçün keçirilən növbəti imtahanın nəticələri açıqlandı

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, iyulun 13-də dermatovenerologiya, mikrobiologiya və şüa diaqnostikası ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 102 həkim iştirak edib. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticə göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 89 (87%) nəfəri uğurlu nəticələr əldə edib.

Növbəti test imtahanları kardiologiya, revmatologiya və nevrologiya ixtisasları üzrə iyulun 20-də keçiriləcək.

Azərbaycanda həkimlərin sertifikasiyasına bu ilin yanvarından başlanılıb. Sertifikasiyadan keçən həkimlər növbəti beş il ərzində tibb və əzcaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ qazanırlar.

Xəbər lenti

Xəbər lenti