Azərbaycan, Bakı, 19 iyul /Trend/
Sentyabr ayından etibarən mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr mövzusunda təlim məşğələlərinə start veriləcək.
Bu layihə Mətbuat Şurası və Azərbaycan Tələbələr Birliyinin birgə təşəbbüsü əsasında həyata keçiriləcək.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, təlim aktiv gənclər təşkilatlarının mətbuat xidmətlərinin rəhbərləri və gənc jurnalistlər üçün nəzərdə tutulub. Məşğələlərin silsilə xarakterli olması planlaşdırılır.
Təlimin məqsədi gənclərin ictimaiyyətlə əlaqələr, mətbuat xidməti sahəsində bilik və bacarıqlarınn yerli və xarici mütəxəssislərin köməyi ilə artırılmasıdır.
İştirakçılar məşğələlər müddətində nəzəri məlumatlarla yanaşı, bu sahədə mövcud praktikanı da mənimsəyəcəklər.
Təlim mətbuatla işin düzgün qurulması, mətbuat konfranslarının təşkili, press-relizlərin yazılması və yayılması, yeni medianın imkanlarından düzgün istifadə olunması və s. kimi əsas mövzuları əhatə edəcək.
Mətbuat xidmətlərinin rəhbərləri və gənc jurnalistlər üçün təlim keçiriləcək
Sentyabr ayından etibarən mətbuat xidməti işinin təşkili və ictimaiyyətlə əlaqələr mövzusunda təlim məşğələlərinə start veriləcək.
