...

Azərbaycanda ibtidai sinif müəllimliyinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələrinin açıqlanacağı tarix məlum oldu

Cəmiyyət Materials 26 İyul 2011 09:30 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi (TN) orta məktəblərdə müəllim işləmək məqsədilə ərizə vermiş namizədlər üçün keçirdiyi müsabiqənin nəticələrini hər bir fənn üzrə imtahanlar bitdikdən sonra açıqlayacaq.
Azərbaycanda ibtidai sinif müəllimliyinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələrinin açıqlanacağı tarix məlum oldu

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi (TN) orta məktəblərdə müəllim işləmək məqsədilə ərizə vermiş namizədlər üçün keçirdiyi müsabiqənin nəticələrini hər bir fənn üzrə imtahanlar bitdikdən sonra açıqlayacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ibtidai fənn müəllimi işləmək istəyənlər üçün iyulun 26-dan keçirilməyə başlanan imtahanların nəticələri barədə məlumat imtahan bitdikdən sonra, yəni iyunun 30-da axşam vahid bazada toplanacaq və daha sonra yerləşdirmə aparılacaq. Artıq iyulun 31-də namizədlər müsabiqənin yekun nəticəsini öyrənə biləcəklər. İmtahan nəticələri hər bir namizədin "Şəxsi kabinet"inə göndəriləcək. Hər kəs öz parol və kodu vasitəsilə "Şəxsi kabinet"inə daxil olaraq, müsabiqənin nəticələrini - hansı müəssisəyə işə qəbul olunduğunu və ya niyə qəbul olunmadığını öyrənə biləcək.

Azərbaycanda müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə bu gündən başlanılır. Növbəti imtahan avqustun 1-5-də ingilis, avqustun 8-11-də Azərbaycan dili və ədəbiyyatı, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-24-də riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da çağırışaqədərki hazırlıq, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə keçiriləcək.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndiriləcək. Daha sonra namizədlər test imtahanı verəcəklər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılacaq.

Xəbər lenti

Xəbər lenti