...

BDYP Bakıda videokameralardan alınan görüntülərin internet vasitəsilə canlı izlənməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 19 Avqust 2011 17:46 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakı küçələrində qoyulmuş videokameralarla çəkilən görüntülərin internet vasitəsilə canlı izlənməsi ilə bağlı məlumata aydınlıq gətirib.
BDYP Bakıda videokameralardan alınan görüntülərin internet vasitəsilə canlı izlənməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Bakı küçələrində qoyulmuş videokameralarla çəkilən görüntülərin internet vasitəsilə canlı izlənməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, vətəndaşların paytaxt küçələrindəki videokameralarla çəkilən görüntüləri internetlə canlı izləməsi qeyri-mümkündür.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Facebook sosial şəbəkəsindəki ictimai səhifəsinin administratoru Samir Qocayev Trend-ə bildirib ki, əgər texniki vasitələr imkan verərsə, yaxın gələcəkdə Bakı küçələrində qoyulmuş videokameralarla çəkilən görüntüləri internet vasitəsilə canlı izləmək mümkün olar.

Qocayev deyib ki, BDYPİ -nin ictimai səhifəsinin yaxın vaxtlarda istifadəyə veriləcək internet saytında (/www.bsdypi.az/ və /www.ypx.az/) vətəndaşlar paytaxtın bəzi küçələrindəki videokameralarla çəkilən görüntüləri canlı izləyə bilərlər.

Əsədov bildirib ki, Qocayev İdarənin rəsmi əməkdaşı deyil və onun verdiyi məlumat idarənin mövqeyi kimi qəbul edilməməlidir.

Xəbər lenti

Xəbər lenti