...

Azərbaycanda iki telekanalın lisenziya müddəti uzadılıb

Cəmiyyət Materials 22 Avqust 2011 17:46 (UTC +04:00)
Azərbaycanda iki telekanalın lisenziya müddəti uzadılıb
Azərbaycanda iki telekanalın lisenziya müddəti uzadılıb

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Milli Televiziya və Radio Şurasının bazar ertəsi keçirilən növbəti iclasında "AG Telekom" MMC-nin kabel şəbəkəsi yayımı üçün və "Faraon-1" MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

Trend-in məlumatına görə, MTRŞ "Televiziya və radio yayımı haqqında" qanunun müvafiq maddəsini rəhbər tutaraq hər iki MMC-nin xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti