...

Azərbaycanda bayram günlərində meteohəssas insanlar üçün hava şəraiti açıqlandı

Cəmiyyət Materials 29 Avqust 2011 11:53 (UTC +04:00)
Azərbaycanda bayram günlərində meteohəssas insanlar üçün hava şəraiti açıqlandı
Azərbaycanda bayram günlərində meteohəssas insanlar üçün hava şəraiti açıqlandı

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün günorta saatlarından etibarən ölkə ərazisində hava şəraiti sabitləşməyə başlayacaq.

Avqustun 30-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti