...

2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyi irəli sürülüb

Cəmiyyət Materials 1 Sentyabr 2011 16:26 (UTC +04:00)
Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini irəli sürüb.
2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyi irəli sürülüb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini irəli sürüb. Bu barədə Trend-ə cümə axşamı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, Bakının namizədliyi rəsmi olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim olunub. "Yaxın günlərdə Beynəlxalq Olimpiya Komitəsi rəsmi olaraq 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün namizəd şəhərlərin adını açıqlayacaq", - Hüseynzadə deyib.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.

Xəbər lenti

Xəbər lenti