...

"AtaHoldinq" ASC ilə Beynəlxalq Güləş Federasiyası arasında sponsorluq müqaviləsi imzalanıb (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2011 09:15 (UTC +04:00)
11 sentyabr 2011-ci il tarixində "AtaHoldinq" ASC İstanbul şəhərində keçirilən Beynəlxalq Güləş Konqresi ərəfəsində 2013-2017-ci illər ərzində Beynəlxalq Güləş Federasiyasının (FİLA) sponsoru olması haqqında müqavilə imzaladı.
"AtaHoldinq" ASC ilə Beynəlxalq Güləş Federasiyası arasında sponsorluq müqaviləsi imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

11 sentyabr 2011-ci il tarixində "AtaHoldinq" ASC İstanbul şəhərində keçirilən Beynəlxalq Güləş Konqresi ərəfəsində 2013-2017-ci illər ərzində Beynəlxalq Güləş Federasiyasının (FİLA) sponsoru olması haqqında müqavilə imzaladı. Müqaviləni Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti cənab Rafael Martinetti və "AtaHoldinq" ASC İdarə Heyətinin sədri cənab Fərid Əsədov imzaladılar. Bu barədə holdinqin məlumatında bildirilir.

İmzalanmış müqavilə gələcəkdə müxtəlif yarışların "Dünya Çempionatı", "Dünya Kuboku", "Avropa Çempionatı", xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri Finalı" və s. beynəlxalq turnirlərinin keçirilməsinə şərait yaradacaqdır.

Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti cənab Rafael Martinetti imzalanmış müqavilə haqqında öz fikrini bildirmişdir: "Biz Azərbaycan şirkəti olan "AtaHoldinq" ASC-yə öz minnətdarlığımızı bildiririk. "AtaHoldinq" ASC-nin Beynəlxalq Güləş Federasiyası (FILA) ilə imzaladığı müqavilə dünyada güləş idman növünün inkişafına öz töhfəsini verəcəkdir. Şirkətin güləş idman növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə "AtaHoldinq" ASC-nin rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk".

"AtaHoldinq" ASC İdarə Heyətinin sədri cənab Fərid Əsədov sponsorluq müqaviləsi haqqında öz fikrini bildirmişdir:"AtaHoldinq" ASC-nin Beynəlxalq Güləş Federasiyasının (FILA) sponsoru olması müstəqil dövlətimizin dünyada daha da tanınmasına, onun beynəlxalq nüfuzunun artmasına töhvələr verəcəkdir. Digər tərəfdən Azərbaycan şirkətinin beynəlxalq idman təşkilatının sponsoru kimi çıxış etməsi Azərbaycanda gedən iqtisadi inkişafın, onun artan qüdrətinin və güclü milli şirkətlərinin formalaşdığının bir təzahürüdür. "AtaHoldinq" ASC korporativ sosial məsuliyyət siyasətinin tərkib hissəsi kimi idmana dəstəyi özünə borc bilir. Bu müqavilənin imzalanması bu sahəyə olan diqqətimizin növbəti bariz nümunəsidir".

Qeyd edək ki, "AtaHoldinq" ASC 2008-ci ildən Beynəlxalq Güləş Federasiyasının sponsorudur. Bundan əvvəl Federasiya ilə 2008-2012-ci illəri əhatə edən sponsorluq müqaviləsi imzalanmışdı. Dörd illik müqavilənin ötən üç ili ərzində Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən çoxlu sayda beynəlxalq yarışlar təşkil olunmuşdur ki, onlardan bir neçəsi də ölkəmizdə keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti