...

İranda hər il 60 min nəfərdən çox insan tütündən istifadə nəticəsində ölür

Cəmiyyət Materials 14 Sentyabr 2011 13:36 (UTC +04:00)
İranda hər il 60 min nəfərdən çox insan tütündən istifadə nəticəsində dünyasını dəyişir. Bunu İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kazim Nedafi deyib. Bu barədə Trend İranın "Payam" radiosuna istinadən məlumat verir.
İranda hər il 60 min nəfərdən çox insan tütündən istifadə nəticəsində ölür

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

İranda hər il 60 min nəfərdən çox insan tütündən istifadə nəticəsində dünyasını dəyişir. Bunu İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kazim Nedafi deyib. Bu barədə Trend İranın "Payam" radiosuna istinadən məlumat verir.

Nedafi əlavə edib ki, vəziyyət bu cür davam edərsə, gələn 20 il ərzində ölkədə tütündən istifadə nəticəsində ölənlərin sayı 200 min nəfərə çatacaq.

İran KİV-inin məlumatına görə, ölkədə siqaret çəkənlərin sayı 17 milyon nəfərdən çoxdur. Onlar arasında gənclər çoxluq təşkil edirlər. İranda siqaret çəkənlərin 4,5 faizi qadınlardır.

Xəbər lenti

Xəbər lenti