...

Azərbaycanda peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinin sayı açıqlanıb

Cəmiyyət Materials 19 Sentyabr 2011 17:31 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinin sayını açıqlayıb.
Azərbaycanda peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinin sayı açıqlanıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi peşə təhsili müəssisələrindəki vakant müəllim və usta yerlərinin sayını açıqlayıb. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bazar ertəsi Trend-ə bildirib ki, peşə təhsili müəssisələrində təqribən 100 vakant müəllim və usta yeri var.

Şöbə müdirinin sözlərinə görə, peşə təhsili müəssisələrinə müəllim və ustaların işə qəbulu üçün şərtlər hazırlanaraq elan ediləcək.

"Yəqin ki, ümumtəhsil fənləri üzrə yenidən müsabiqə keçiriləcək. Amma ixtisas fənləri və ustalar üçün işə qəbulun müsahibə şəklində keçiriləcəyi gözlənilir. Amma bu, hələ son yekun qərar deyil. Bununla bağlı hələ müzakirələr aparılacaq", - Məmmədov deyib.

O qeyd edib ki, artıq peşə təhsili müəssisələrində çalışan 65 yaşadək müəllimlərin işdən azad edilməsinə başlanılıb.

Məmmədov 65 yaşadək işçilərin işdən azad edilməsi ilə əlaqədar peşə ixtisas müəssisələrində kadr probleminin yaranmadığını da söyləyib.

Onun sözlərinə görə, problem yarana bilən sahələr üzrə işləyən müəllimlər işdən bir qədər gec azad ediləcək.

Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, qalanları isə peşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə öyrədilir.

Xəbər lenti

Xəbər lenti