...

AIBA prezidenti: BBC real faktlar göstərməlidir

Cəmiyyət Materials 24 Sentyabr 2011 13:33 (UTC +04:00)
BBC Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) və Azərbaycanla bağlı korrupsiya haqqında yaydığı məlumatlar barədə konkret faktlar göstərməlidir.
AIBA prezidenti: BBC real faktlar göstərməlidir

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir T.Hacıyev/

BBC Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) və Azərbaycanla bağlı korrupsiya haqqında yaydığı məlumatlar barədə konkret faktlar göstərməlidir. Trend-in məlumatına görə, bu barədə AIBA-nın prezidenti Çinq-Kuo Vu şənbə günü Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"İstənilən ölkədə insanı heç bir fakt olmadan ittiham edirlərsə, bu, ciddi hüquqi problemdir", - Çinq-Kuo Vu əlavə edib.

O, söz və mətbuat azadlığına hörmətlə yanaşdıqlarını deyib və əlavə edib ki, bu hadisə ilə bağlı xüsusi təhqiqat komissiyası yaradılıb. Həmin komissiyanın nəticələri ortaya çıxmazdan əvvəl BBC barədə məhkəmə iddiası qaldırmaq planı yoxdur.

"Hələ ki, komissiyanın araşdırmalarının nəticələrini gözləyirik", - AIBA prezidenti vurğulayıb.

Çinq-Kuo Vu qeyd edib ki, AIBA prezidenti vəzifəsinə gəldiyi gündən indiyə qədər korrupsiyaya qarşı mübarizə aparır.

"İndiyə qədər mən üç vitse-prezidenti, bir baş katibi və icraiyyə komitəsinin altı üzvünü işdən azad etmişəm. Bütün AIBA ailəsi bilməlidir ki, fəaliyyətimiz təmiz idman mübarizəsi üzərində qurulub", - o vurğulayıb.

AIBA prezidenti Bakıda keçiriləcək yarışlar üçün ən təcrübəli hakim və referilərin seçildiyini deyib və əlavə edib ki, hakimlərdən ən yüksək səviyyədə ədalətli nəticələr gözləyirlər.

Xəbər lenti

Xəbər lenti