...

Azərbaycan yaxın illərdə alternativ enerji mənbələrindən geniş istifadə edən ölkələr sırasına daxil olacaq - nazir müavini

Cəmiyyət Materials 10 Oktyabr 2011 11:21 (UTC +04:00)
Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, yaxın illərdə alternativ enerji mənbələrindən geniş istifadə edən ölkələr sırasına daxil olacaq.
Azərbaycan yaxın illərdə alternativ enerji mənbələrindən geniş istifadə edən ölkələr sırasına daxil olacaq - nazir müavini

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, yaxın illərdə alternativ enerji mənbələrindən geniş istifadə edən ölkələr sırasına daxil olacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda keçirilən GUAM Parlament Assambleyası ilə Baltik Assambleyasının "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransında Azərbaycan sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 800 meqavat külək, 1500-2000 meqavat günəş, kiçik su elektrik stansiyalarının inşasına imkan verən potensial var.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycan Avropa və dünya bazarlarına gün ərzində 750-800 min barel xam neft çıxarır.

"Azərbaycan GUAM üzvü olan ölkələri, Baltikyanı zonanı və Avropanın digər dövlətlərini əhatə edən enerji dəhlizlərində neft-qaz strukturunun və elektrik verilişi sistemlərinin gücləndirilməsi istiqamətində bir sıra layihələrin həyata keçirilməsində və dəstəklənməsində fəal iştirakçıdır", - o deyib.

Abbasovun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində yaranmış sıx əməkdaşlıq bu prosesə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova), Baltik Assambleyası (Litva, Latviya , Estoniya), Benilüks Parlamenti (Belçika, Niderland, Lüksemburq), Şimal Şurası (Danimarka, İslandiya, NOrveç Finlandiya, İsveç), Vişeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) ölkələrini də cəlb edir.

Xəbər lenti

Xəbər lenti