...

Sabahdan Azərbaycan ərazisində yağışlar başlayır

Cəmiyyət Materials 12 Oktyabr 2011 12:19 (UTC +04:00)
Sabah günortadan sonra Azərbaycan ərazisində havanın temperaturu enəcək, bəzi yerlərdə qısamüddətli yağış yağacaq
Sabahdan Azərbaycan ərazisində yağışlar başlayır

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/

Sabah günortadan sonra Azərbaycan ərazisində havanın temperaturu enəcək, bəzi yerlərdə qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı, axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-19, gündüz 24-29, axşama doğru 22 dərəcəyədək təşkil edəcək.


Azərbaycanın rayonlarında oktyabrın 13-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Oktyabrın 13-14-də gecə və səhər hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti