...

Hakim partiyanın Qadınlar Şurası Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd edib

Cəmiyyət Materials 12 Oktyabr 2011 20:27 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd edib.
Hakim partiyanın Qadınlar Şurası Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd edib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd edib. Trend-in məlumatına görə, müstəqilliyin 20 illiyinə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova və partiyanı parlamentdə təmsil edən deputatlar, siyasi partiyaların nümayəndələri və ictimai xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva açıb. O, Azərbaycanın dövlət müstəqilliyinin sarsılmazlığının təmin olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb.

Əliyeva qeyd edib ki, Heydər Əliyev siyasəti bu gün uğurla davam etdirilir.

Milli Məclisin vitse-spikeri Bahar Muradova öz çıxışında bütün Azərbaycan qadınlarını müstəqillik münasibətilə təbrik edib. Müstəqil Azərbaycan dövlətinin mövcudluğunun hər bir azərbaycanlının qürur mənbəyi olduğunu deyib.

Tədbirin bədii hissəsində xalq artistləri Mübariz Tağıyev və Mələkxanım Əyyubova, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova və başqaları çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti