...

Xıllı nərə balıqartırma zavodu 30 milyondan çox nərə körpələri yetişdirib – nazir

Cəmiyyət Materials 21 Oktyabr 2011 12:25 (UTC +04:00)
İstifadəyə verildiyi ildən bu günədək Xıllı nərə balıqartırma zavodu 32,4 milyon ədəd nərə cinsli balıq körpələrini yetişdirərək su hövzələrinə buraxıb.
Xıllı nərə balıqartırma zavodu 30 milyondan çox nərə körpələri yetişdirib – nazir

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/

İstifadəyə verildiyi ildən bu günədək Xıllı nərə balıqartırma zavodu 32,4 milyon ədəd nərə cinsli balıq körpələrini yetişdirərək su hövzələrinə buraxıb. Trend-in məlumatına görə, bunu "Respublika" qəzetinə müsahibəsində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

Onun sözlərinə görə, ölkədə balıqartırma zavodları tərəfindən hər il orta hesabla 450 milyon ədəddən çox qiymətli vətəgə əhəmiyyətli balıq körpələri yetişdirilərək təbii su hövzələrinə buraxılır.

Xıllı nərə balıqartırma zavodu 2003-cü ildə açılıb.

"Zavodda nərə cinsli balıqların genofondunun qorunub saxlanması və onların süni yetişdirilmə imkanlarının genişləndirilməsi, törədici ana balıq fondunun yaradılması məqsədi ilə zavod şəraitində nərə balıqlarının müxtəlif növlərinin yetişdirilməsi biotexnikasının nəzəri və praktiki əsasları işlənib hazırlanıb", - Bağırov deyib.

Xəbər lenti

Xəbər lenti