...

Həftənin ilk iş günü Azərbaycanda hava şəraiti necə olacaq?

Cəmiyyət Materials 23 Oktyabr 2011 16:02 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava buludlu və qismən yağmurlu keçəcək.
Həftənin ilk iş günü Azərbaycanda hava şəraiti necə olacaq?

Azərbaycan, Bakı, 23 oktyabr / Trend müxbir T.Hacıyev/

Sabah Azərbaycan ərazisində hava buludlu və qismən yağmurlu keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazaar günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 24-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 12-14, gündüz 15-17 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 24-də hava şəraitinin qismən yağmurlu keçəcəyi, dağlıq ərazilərdə yağışın intensiv xarakter daşıyacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti