Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/
Sabah Azərbaycan ərazisində hava buludlu və qismən yağmurlu keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən şənbə günü Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 15-19 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə təşkil edəcək.
Sabah Azərbaycanda hava buludlu və qismən yağmurlu keçəcək
Sabah Azərbaycan ərazisində hava buludlu və qismən yağmurlu keçəcək.
