...

"Azərsu" elektron ödəniş sistemində daha bir yenilik tətbiq edib

Cəmiyyət Materials 28 Oktyabr 2011 15:03 (UTC +04:00)
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti elektron ödəniş sistemində daha bir yeniliyin tətbiqinə başlayıb. Bu barədə Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
"Azərsu" elektron ödəniş sistemində daha bir yenilik tətbiq edib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti elektron ödəniş sistemində daha bir yeniliyin tətbiqinə başlayıb. Bu barədə Trend-ə ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, bundan sonra abunəçilər içməli sudan istifadə və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcları plastik kartlar vasitəsi ilə səhmdar cəmiyyətin internet səhifəsindən istifadə etməklə ödəyə bilərlər. Bunun üçün www.azersu.az saytındakı "onlayn ödəniş" bölməsini seçmək, abonent kodunu daxil etməklə əməliyyatı plastik kartlarla KÖMİS və Golden Pay sistemləri vasitəsi ilə həyata keçirmək olar.

Ödənişləri www.quick.az, www.hesab.az saytlarından istifadə etməklə, həmçinin Pay Point ödəmə terminalları vasitəsilə də həyata keçirmək mümkündür. Yeni ödəniş sistemlərinin tətbiqi abunəçilərin işini asanlaşdıracaq, ödəmələrdə nəzarətçilərlə təmasa son qoymaqla neqativ halları birdəfəlik aradan qaldıracaq.

"Azərsu" ASC bir daha abunəçilərin nəzərinə çatdırır ki, içməli su təchizatı və kanalizasiya xidmətlərinin dəyərini heç bir halda nəzarətçiyə ödəməsinlər. Onlar ödənişləri bank və poçt şöbələrində, Pay Point terminallarında, internet vasitəsi ilə plastik kartlarla apara bilərlər.

Xəbər lenti

Xəbər lenti