...

Nuşirəvan Məhərrəmli: Tamaşaçı yerli televiziya kanallarına baxarkən azərbaycanlı olduğunu hiss etməlidir

Cəmiyyət Materials 6 Noyabr 2011 09:00 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda teleradio yayımı ilə bağlı mövcud vəziyyəti qənaətbəxş hesab edir. Məhərrəmli 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günü ilə əlaqədar Trend-ə verdiyi açıqlamasında bildirib ki, buna baxmayaraq, teleradio yayımı sahəsində problemlər də var
Nuşirəvan Məhərrəmli: Tamaşaçı yerli televiziya kanallarına baxarkən azərbaycanlı olduğunu hiss etməlidir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda teleradio yayımı ilə bağlı mövcud vəziyyəti qənaətbəxş hesab edir. Məhərrəmli 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günü ilə əlaqədar Trend-ə verdiyi açıqlamasında bildirib ki, buna baxmayaraq, teleradio yayımı sahəsində problemlər də var. Bu problemlər kadr, maddi-texniki bazanın zəifliyi və televiziya-radio kanallarının daha çox biznes maraqlarına üstünlük verməsi ilə bağlıdır.

MTRŞ sədrinin sözlərinə görə, bu problemləri həll etmək üçün müəyyən işlər görülür.
"Teleradio sahəsi çox çətin və mürəkkəbdir. Bu sahə çox sürətlə inkişaf edir və çox böyük yeniliklər, orijinallıq, rəngarənglik tələb edir. Cəmiyyətin bütün tələbatını da ödəmək o qədər çətin deyil. Ona görə də bu sahədə çalışanların üzərinə böyük məsuliyyət düşür. Hər halda bu sahədə çalışanlar buna doğru can atırlar. MTRŞ da çalışır ki, telekanallara bununla bağlı dəstək versin", - Məhərrəmli əlavə edib.

MTRŞ sədri onu da deyib ki, istənilən Azərbaycan tamaşaçısı yerli televiziya kanallarına baxarkən azərbaycanlı olduğunu hiss etməlidir. Buna görə də Azərbaycan tamaşaçıları milli televiziya kanallarında ölkəmizin tarixi, coğrafiyası, ədəbiyyatı, adət-ənənələri ilə bağlı verilişlərə daha çox baxmalıdır.

Azərbaycan Dövlət Radiosu 6 noyabr 1926-cı ildə yaradılıb. 1956-cı il fevralın 14-də isə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti yayıma başlayıb.

Xəbər lenti

Xəbər lenti