...

ÜTT-nin baş katibi Azərbaycan Turizm İnstitutunun fəxri doktoru oldu

Cəmiyyət Materials 16 Noyabr 2011 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Talib Rifai Azərbaycan Turizm İnstitutunun (ATİ) fəxri doktoru adına layiq görülüb.

Trend-in məlumatına görə, bununla bağlı çərşənbə günü ATİ-də keçirilən tədbirdə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov institutun bugünlərdə keçirilən Elmi Şurasında Rifainin ATİ-nin fəxri doktoru adına layiq görülməsi barədə qərar qəbul edildiyini xatırladıb. O, baş katibin ATİ-nin ilk fəxri doktoru olduğunu da qeyd edib.

ATİ-nin fəaliyyəti barədə baş katibə məlumat verən Cəfərov deyib ki, 2006-cı ildə yaradılan bu ali məktəbdə hazırda bakalavr dərəcəsi üzrə 1300-dən çox, magistr dərəcəsi üzrə 41, doktorantura üzrə 16 tələbə təhsil alır.

Rifai ATİ-nin fəxri doktoru adına layiq görülməsindən böyük qürur duyduğunu bildirib.

Baş katib deyib ki, ATİ-nin 5-6 illik tarixi olsa da, bu məktəb artıq dünyada tanınıb və gözəl əlaqələr qurub.

Sonda Rifaiyə ATİ-nin fəxri doktoru olması ilə əlaqədar diplom və döş nişanı təqdim edilib. Baş katib ATİ-nin xatirə dəftərinə ilk imzanı atıb.

Xəbər lenti

Xəbər lenti