...

Azərbaycanda sığorta-pensiya sistemindəki islahatlar qiymətləndirilib

Cəmiyyət Materials 21 Noyabr 2011 12:49 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb.
Azərbaycanda sığorta-pensiya sistemindəki islahatlar qiymətləndirilib

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 21-dən noyabrın 21-dək keçirilmiş sorğu zamanı respondentlərə "Sığorta-pensiya sistemində həyata keçirilən islahatların başlıca üstünlüyü nədən ibarətdir?" sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin çoxu - 47,53 faizi bildirib ki, son vaxtlar həyata keçirilən islahatların əsas üstünlüyü pensiyaların sosial ədalət prinsipi ilə artırılmasıdır.

Respondentlərin 16,06 faizi islahatların üstün cəhəti kimi fərdi uçota keçidi, 10,24 faizi pensiyaların plastik kartlarla verilməsini, 13,40 faizi pensiyaların hesablama mexanizmlərinin sadələşdirilməsini gördüyünü nəzərə çatdırıb. Respondentlərin 12,77 faizi isə onlara ünvanlanan suala "bilmirəm" cavabını verib.

Sorğunun nəticələri onu göstərir ki, respondentlərin böyük əksəriyyətinin (47,53 %) sıgorta-pensiya sistemindəki islahatların üstün cəhəti kimi pensiyaların sosial ədalət prinsipləri ilə artırılmasını seçməsi son illər bu istiqamətdə ardıcıl tədbirlərin yerinə yetirilməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti