...

Dekabrın I ongünlüyündə Azərbaycanda hava nisbətən isti və sabit keçəcək

Cəmiyyət Materials 30 Noyabr 2011 12:47 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir, lakin ümumilikdə dekabrın birinci ongünlüyü hava sabit keçəcək
Dekabrın I ongünlüyündə Azərbaycanda hava nisbətən isti və sabit keçəcək

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir, lakin ümumilikdə dekabrın birinci ongünlüyü hava sabit keçəcək, bunu çərşənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Tağıyeva bildirib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, səhər havanın tədricən tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Onun sözlərinə görə, Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraitinin yağıntılı olacağı, bəzi dağətəyi rayonlarda sulu qar, dağlıq rayonlarda isə qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 17-22 dərəcə şaxta təşkil edəcək.

Tağıyeva bildirib ki, dekabrın 2-də yağıntılar kəsiləcək. Dekabrın 3-də yağmursuz hava şəraiti hökm sürəcək. Dekabrın 4-dən 8-ə kimi ölkə ərazisində havanın temperaturu getdikcə yüksələcək. Maksimal temperatur 7-10 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti