...

Aşura günü ilə əlaqədar ölkənin 12-dən çox məscidində qanvermə aksiyaları keçiriləcək

Cəmiyyət Materials 5 Dekabr 2011 15:42 (UTC +04:00)
Hər il olduğu kimi, bu il də Məhərrəm ayının onuncu günü - Aşura günündə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.
Aşura günü ilə əlaqədar ölkənin 12-dən çox məscidində qanvermə aksiyaları keçiriləcək

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir İ.İsabalayeva/

Hər il olduğu kimi, bu il də Məhərrəm ayının onuncu günü - Aşura günündə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mərasimlər dekabrın 6-da Bakı şəhərində "Təzəpir", "Bibi-Heybət", "Mir-Mövsüm ağa", "Qaraçuxur", "İçərişəhər Cümə", "Hacı Soltanəli", Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər "Cümə" məscidində, Gəncə şəhər "İmamzadə" məscidində, Lənkəran şəhər "Böyükbazar" məscidində, Mingəçevir şəhər "Heydər" məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər "Cümə" məscidində təşkil olunacaq.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti