...

Azərbaycan sinoptikləri xəbərdarlıq edir

Cəmiyyət Materials 8 Dekabr 2011 11:32 (UTC +04:00)
Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edib
Azərbaycan sinoptikləri xəbərdarlıq edir

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə axşamı Trend-ə bildiriblər ki, dekabrın 8-dən 9-u axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi, 9-u axşam və 10-da isə atmosfer təzyiqinin kəskin yüksəlməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 11-də meteoroloji amillərin mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün müsbət amildir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəvz olunacaq.

Havanın temperaturunun gecə 4-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 9-da hava şəraiti əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti