...

Azərbaycanda 2012-ci ildə plastik kart biznesi genişləndiriləcək

Cəmiyyət Materials 1 Yanvar 2012 13:00 (UTC +04:00)
Azərbaycanın prosessinq mərkəzi "MilliKart"ın xidmət göstərdiyi aktiv plastik kartların sayının 2012-ci ildə 1,7 dəfə artırılması gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə prosessinq mərkəzindən deyiblər
Azərbaycanda 2012-ci ildə plastik kart biznesi genişləndiriləcək

Azərbaycan, Bakı, 1 yanvar / Trend müxbir N.İsmayılova/

Azərbaycanın prosessinq mərkəzi "MilliKart"ın xidmət göstərdiyi aktiv plastik kartların sayının 2012-ci ildə 1,7 dəfə artırılması gözlənilir. Bu barədə çərşənbə günü Trend-ə prosessinq mərkəzindən deyiblər.

"Əgər mərkəz 2011-ci ilin dekabrına qədər 175 min plastik kart buraxıbsa, 2012-ci ilin sonunda onların sayının 300 min ədədə çatdırılması planlaşdırılır", - mərkəzdən bildiriblər.
"MilliKart" MMC-dən verilən məlumata əsasən, 2012-ci ildə, həmçinin, bankomatların sayının 36,4 faiz artırılaraq indiki 450 ədəddən 330 ədədə çatdırılması planlaşdırılır.

POS-terminalların sayı 42,4 faiz artırılaraq indiki 3300 ədəddən 4700-ə çatdırılacaq.
"MilliKart" sistemində 11 bank fəaliyyət göstərir. 2011-ci ilin yekunları üzrə onlardan 8 bank VISA kartları buraxır. "MasterCard" kartları buraxan bankların sayı dörd təşkil edir. Yerli kartlar buraxan bankların sayı isə altıdır.

MMC 2006-cı il iyulun 14-də ölkənin 18 bankı tərəfindən Azərbaycan Mərkəzi Bankının kart ödənişləri üzrə prosessinq mərkəzinin alınmasından sonra yaradılıb. Bu gün bankların mərkəzin kapitalında iştirakının minimum həcmi 1 faiz, maksimum həcmi isə 10 faiz təşkil edir.

Mərkəzin təsisçiləri AtaBank, DəmirBank, AzərTürkBank, Bank of Baku, Azərbaycan Sənaye Bankı, DebutBank, AmrahBank, Xalq Bank, Credo Bank, Access Bank, ParaBank, RabitaBank, Bank Respublika, Bank Standard, Texnika Bank, Turan Bank, UniBank və Zamin Bankdır.

Mərkəzin nizamnamə kapitalı beş milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti