...

Metronun "Koroğlu" stansiyasının yenilənmiş görünüşü (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2011 20:41 (UTC +04:00)
Yaxın vaxtlarda Bakı Metropoliteni yenilənmiş "Koroğlu" (keçmiş "Məşədi Əzizbəyov") stansiyasının qapılarını sərnişinlərin üzünə açıb. Stansiyada aparılan yenidənqurma işləri nəticəsində həm stansiyanın özü, həm də onun çıxışları yenilənib.
Metronun "Koroğlu" stansiyasının yenilənmiş görünüşü (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr / Trend müxbir E.İsmayılov/

Yaxın vaxtlarda Bakı Metropoliteni yenilənmiş "Koroğlu" (keçmiş "Məşədi Əzizbəyov") stansiyasının qapılarını sərnişinlərin üzünə açıb. Stansiyada aparılan yenidənqurma işləri nəticəsində həm stansiyanın özü, həm də onun çıxışları yenilənib.

Yenidənqurma işləri çərçivəsində memarlıq kompozisiyasının quraşdırıldığı yerin yaxınlığında stansiyaya əlavə çıxış açılıb.

Stansiyanın əsas çıxışı şüşə piramida şəklində qurulub.

Modernləşdirmə prosesinin başa çatdırılması məqsədilə stansiya sərnişinlər üçün tamamilə bağlı idi.

Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədovun bir müddət əvvəl dediyi kimi, şüşə piramidanın hündürlüyü 26 metrdir. Stansiyanın yenidən qurulmasına dövlət büdcəsindən 6 milyon manat vəsait ayrılıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və 23 stansiyaya malikdir.

Xəbər lenti

Xəbər lenti