...

Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib

Cəmiyyət Materials 6 Yanvar 2012 14:15 (UTC +04:00)
Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib.
Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edib.

KM-dən Trend-ə verilən məlumata görə, Baş Prokurorluq Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində nəzərdə tutulmuş "könüllü gəlib təqsirini boynuna alma" müddəasının şərh edilməsi üçün müraciət edib.

KM-dən bildirilib ki, cinayət qanunvericiliyinə görə, təqsirləndirilən şəxs öz təqsirini etiraf edibsə belə, onun təqsiri digər sübutlarla təsdiq olunmalı, istintaq aparılmalı, müvafiq ekspertizalar keçirilməlidir.

"Almaniya, Fransa, İtaliya, İspaniya və digər Avropa ölkələrinin qanunvericiliyinə görə, şəxs könüllü təslim olursa, təqsirini boynuna alırsa, istintaq yekunlaşır, şəxsin həmin cinayətini digər sübutlarla sübuta yetirməyə ehtiyac qalmır və iş məhkəməyə verilir", - məlumatda deyilir.

Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində qeyd olunur ki, könüllü gəlib təqsirini boynuna alma, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə cəzanı yüngülləşdirən hallardan biridir.

Baş Prokurorluğun sorğusuna baxılaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılıb. Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 17-nə təyin edilmiş iclasında baxılacaq.

Xəbər lenti

Xəbər lenti