Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Ali və Konstitusiya məhkəmələrinin sədrləri Strasburqda səfərdədir.
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Avropa İnsan Haqları Məhkəməsinin ənənəvi "Məhkəmə ili"nin açılış mərasimində iştirak etməkdir.
Açılış mərasimi yanvarın 27-də keçiriləcək.
KM-in sədri Fərhad Abdullayev və AM-in sədri Ramiz Rzayev "İnsan Haqları üzrə Avropa Konvensiyası sistemində milli yurisdiksiyaların sıx iştirakını necə təmin etmək?" mövzusunda seminarda da iştirak edəcəklər.