...

Ötən il Azərbaycanda 1000 tondan çox balıq ovlanıb

Cəmiyyət Materials 7 Fevral 2012 13:10 (UTC +04:00)
Ötən il Azərbaycanda balıq ovuna verilmiş 2174 ton kvotaya qarşı 1061 ton balıq ovlanıb.
Ötən il Azərbaycanda 1000 tondan çox balıq ovlanıb

Azərbaycan, Bakı, 7 fevral / Trend müxbir İ.İsabalayeva/

Ötən il Azərbaycanda balıq ovuna verilmiş 2174 ton kvotaya qarşı 1061 ton balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, 2011-ci ildə 141 hüquqi və fiziki şəxsə balıq ovu üçün kvota ayrılıb.

Ovlanmış balığın 485 tonu kilkə, 152 tonu siyənək, 139 tonu kefal, 72 tonu çapaq, 82 tonu kütüm balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Balıqçılar kvotanın alınması üçün 19,4 min manat ödəyiblər.

Xəbər lenti

Xəbər lenti