Azərbaycan, Bakı, 17 fevral /Trend/
Fevralın 19-da Rusiyanın Tomsk bölgəsinin uşaq-gənc kitabxanasında "Birlikdə oxuyuruq, ucadan oxuyuruq" aksiyası çərçivəsində Tomsk şagirdlərinə rus dilində Azərbaycan xalq nağılları danışılacaq. Bu barədə cümə günü Trend tomsk.mk.ru saytına istinadən məlumat verir.
Ənənəvi olaraq keçirilən tədbirdə Azərbaycanın xalq nağıllarını Rusiyanın Pensiya Fondunun Tomsk bölgəsi üzrə şöbəsinin sədri Dmitri Maltsev oxuyacaq.
Bundan başqa, tədbir çərçivəsində Azərbaycan folkloru, mədəniyyəti və ənənələrinin tanıdılması da planlaşdırılıb.
Tomsk şagirdlərinə Azərbaycanın xalq nağılları danışılacaq
Fevralın 19-da Rusiyanın Tomsk bölgəsinin uşaq-gənc kitabxanasında "Birlikdə oxuyuruq, ucadan oxuyuruq" aksiyası çərçivəsində Tomsk şagirdlərinə rus dilində Azərbaycan xalq nağılları danışılacaq.