...

Azərbaycanda əmək hüquqlarının pozulması ilə bağlı şikayətlər artıb - ombudsman

Cəmiyyət Materials 1 Mart 2012 12:43 (UTC +04:00)
Azərbaycanın insan haqları üzrə müvəkkilinə 2011-ci ildə əmək hüquqlarının pozulması ilə bağlı 1 246 şikayət daxil olub.
Azərbaycanda əmək hüquqlarının pozulması ilə bağlı şikayətlər artıb - ombudsman

Azərbaycan, Bakı, 1 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanın insan haqları üzrə müvəkkilinə 2011-ci ildə əmək hüquqlarının pozulması ilə bağlı 1 246 şikayət daxil olub. Trend-in məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2011-ci il üzrə illik məruzəsində bildirilir.

"Təhlillər göstərir ki, 2010-cu illə müqayisədə şikayətlərin sayı nisbətən artıb. Şikayətlər əsasən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi, əmək müqaviləsi şərtlərinin yerinə yetirilməməsi, əməkhaqqının düzgün hesablanmaması, ödənilməməsi, natamam ödənilməsi və ya ödənişin gecikdirilməsi, işçinin razılığı olmadan uzunmüddətli ödənişsiz məzuniyyətə göndərilməsi, zəruri əmək şəraitinin yaradılmaması, son haqq-hesabın verilməməsi, həmçinin texniki təhlükəsizlik qaydalarına riayət edilməməsi ilə bağlıdır", - hesabatda deyilir.

İnsan haqları üzrə müvəkkil bir sıra işəgötürənlər tərəfindən işçinin "öz təşəbbüsü (və ya xahişi)" ilə işdən çıxması kimi vasitəyə üstünlük verilməsinin geniş istifadə edilən təcrübə olduğunu, nəticədə həmin şəxslərin müavinətdən və növbəti iş axtarmağa vaxt imkanından məhrum edildiyini qeyd edib.

Müvəkkil işçilərin əmək hüquqlarının səmərəli müdafiəsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də cəlb edilməklə birgə müzakirələrin, həmçinin iş yerlərində monitorinqlərin aparılmasını təklif edir.

Xəbər lenti

Xəbər lenti