...

Avropa Yayımları Birliyi: Azərbaycan bütün Avropanı təəccübləndirəcək (VIDEO)

Cəmiyyət Materials 24 Mart 2012 16:31 (UTC +04:00)
Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi çox möhtəşəm şou olacaq və inanıram ki, Azərbaycan bütün Avropanı təəccübləndirəcək.
Avropa Yayımları Birliyi: Azərbaycan bütün Avropanı təəccübləndirəcək (VIDEO)

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir E.Mehdiyev/

Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsi çox möhtəşəm şou olacaq və inanıram ki, Azərbaycan bütün Avropanı təəccübləndirəcək. Trend-in məlumatına görə, bunu Avropa Yayımları Birliyinin kommunikasiya koordinatoru Jarmo Siim müsabiqənin rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan mahnı müsabiqəsinə layiqli ev sahibliyi etmək üçün bütün işləri həyata keçirir.

İslandiya numayəndə heyətinin rəhbəri Jonatan Gardarson Azərbaycanın bu müsabiqəyə çox gərgin hazırlaşdığını söyləyib.

"Azərbaycan bu mahnı musabiqəsi üçün əlindən gələni edir. Görunür ki, Azərbaycan həqiqətən bu müsabiqəyə çox yüksək səviyyədə hazırlaşır. May ayına qədər görülməli çox işlər var. Ancaq mən əminəm ki, bütün bunlar vaxtında tamamlanacaq", - Gardarson əlavə edib.

Ukrayna numayəndə heyətinin rehbəri Viktoria Romanova isə əminliklə bildirib ki, Azərbaycan mayda bu möhtəşəm şouya layiqli ev sahibliyi edəcək. Həm nümayəndə heyətləri, həm də media nümayəndələri yaradılmış şəraitdən çox məmnun qalacaqlar.

Hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığını deyən Romanova Bakının çox yaxşı infrastrukturunun, hotellərinin olduğunu söyləyib.

Brainpool TV-nin icraçı direktoru Yorq Qraboş deyib ki, Azərbaycan bu müsabiqəni "Eurovision" tarixində ən böyük hadisə etmək üçün çox gərgin iş aparır.

"Azərbaycan bu müsabiqəyə çox yüksək səviyyədə hazırlaşır, bu işə çox enerji sərf edir", - Qraboş əlavə edib.

Müsabiqənin digər numayəndə heyətlərinin rəhbərləri də Bakının müsabiqəyə yüksək səviyyədə hazırlaşdıqlarını qeyd ediblər. Onlar, həmçinin müsabiqənin keçiriləcəyi "Bakı Kristal Zalı"nın geniş imkanlarının, Bakının çox gözəl və qonaqpərvər şəhər olduğunu vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti