...

Azərbaycanda aspirantlar üçün yenilik

Cəmiyyət Materials 24 Aprel 2012 11:20 (UTC +04:00)
Azərbaycanda aspirantlar üçün ayrıca yaşayış evi tikiləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə AMEA-nın prezidenti Mahmud Kərimov deyib.
Azərbaycanda aspirantlar üçün yenilik

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda aspirantlar üçün ayrıca yaşayış evi tikiləcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə AMEA-nın prezidenti Mahmud Kərimov deyib.

Kərimov bildirib ki, Azərbaycan hökuməti bu məsələyə müsbət rəy və lazımi tapşırıqlarını verib.

Onun sözlərinə görə, hazırda binanın tikintisi üçün yer müəyyənləşdirilir və maliyyə imkanları müzakirə olunur.

"Yaşayış evi Bakıda tikiləcək. İlk növbədə təxminən 100 aspirantın evlə təmin olunması nəzərdə tutulur. Əsas bu işə başlamaqdır. Bundan sonra bu işi davam etdirəcəyik", - Kərimov əlavə edib.

O, qeyd edib ki, hazırda akademiya sistemində mənzilə ehtiyacı olan yüzlərlə mütəxəssis var. Bu gün mənzilə ehtiyacı olan bütün mütəxəssislər yataqxana ilə təmin edilə bilmir. Buna görə də həmin mütəxəssislər üçün yataqxanalar olmalı və yaşayış binaları tikilməlidir.

Xəbər lenti

Xəbər lenti