...

Qəbələdə daşqının vurduğu ziyan aradan qaldırılıb

Cəmiyyət Materials 27 Aprel 2012 15:21 (UTC +04:00)
Qəbələ rayonundakı çaylarda baş vermiş daşqınlardan zərərçəkmiş evlərin həyətyanı sahələri sudan təmizlənib.
Qəbələdə daşqının vurduğu ziyan aradan qaldırılıb

Azərbaycan, Bakı, 27 aprel / Trend müxbir K.Zərbalıyeva/

Qəbələ rayonundakı çaylarda baş vermiş daşqınlardan zərərçəkmiş evlərin həyətyanı sahələri sudan təmizlənib.

Qəbələ rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Abil Ağasəfov Trend-ə bildirib ki, yağan yağışlarla əlaqədar Dəstəmaz çayının suötürücü qurğusunda tıxanma yaranıb və Bakı-Qəbələ yolunun bir qismini və Vəndam qəsəbəsindəki bir-neçə evin həyətyanı sahəsini su basıb.

Komissiya sədri deyib ki, artıq həyətyanı sahələrin suyu təmizlənib və yaranmış problem aradan qaldırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir neçə gün öncə Dəstəmaz və Qaraçay çaylarının Qəbələ rayonu, Vəndam qəsəbəsindən keçən hissələrində daşma müşahidə olunması, bəzi ərazilərin su ilə dolması barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin qüvvə və texnikası hadisə rayonuna cəlb olunub.

Xəbər lenti

Xəbər lenti