...

Bakının mərkəzində daha bir yol bağlanıb

Cəmiyyət Materials 7 May 2012 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Bakının mərkəzində daha bir yol bağlanıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Babək prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yolun təcili genişləndirilməsi (Vergilər Nazirliyinin Audit İdarəsinin yerləşdiyi inzibati binanın sökülməsi) ilə əlaqədar həmin istiqamətdə avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Babək prospektindən 10-cu Zavod dairəsi və ya Yusif Səfərov küçəsi istiqamətinə körpünün üzərindən avtomobillərin hərəkəti dayandırılıb.

Avtomobillərin Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi, Xocalı prospekti, Yusif Səfərov, Afiyəddin Cəlilov və digər küçələrdən hərəkətinə şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti