...

Azərbaycanın əməkdar artistləri YAP-a üzv qəbul olunublar

Cəmiyyət Materials 7 May 2012 18:02 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Azərbaycanın əməkdar artistləri Könül Xasıyevaya və İlqar Muradova üzvlük vəsiqələrini təqdim edib.
Azərbaycanın əməkdar artistləri YAP-a üzv qəbul olunublar

Azərbaycan, Bakı, 7 may /Trend/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Azərbaycanın əməkdar artistləri Könül Xasıyevaya və İlqar Muradova üzvlük vəsiqələrini təqdim edib.

Trend YAP-ın rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə sənət adamlarını təbrik edən Əli Əhmədov bildirib ki, partiya vəsiqələrinin təqdim olunması əlamətdar gün ərəfəsində baş verir. Əli Əhmədov YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ölkəmizin bütün guşələrində müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.

"Partiya vəsiqələri sizə ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində təqdim olunur. Hesab edirəm ki, bu, həm partiyamız, həm də sizin üçün əlamətdardır. Ölkə vətəndaşlarının mütləq əksəriyyəti kimi sizlər də Azərbaycanda həyata keçirilən dövlət siyasətini qətiyyətlə dəstəkləyirsiniz. Bu gün isə YAP-ın üzvü olmaqla bu prosesdə iştirakınız rəsmiləşdirilmiş olur. Artıq partiyamızın rəsmi şəkildə vəsiqəsini daşıyan üzvlər olursunuz və YAP-ın ideyalarının daşıyıcılarına çevrilirsiniz", - YAP sədrinin müavini vurğulayıb.

Əhmədov qeyd edib ki, bu gün Heydər Əliyev ideyaları gerçəkliyə çevrilir. Onun sözlərinə görə, YAP və onun üzvləri bu ideyaların daşıyıcılarıdırlar. YAP-ın sıralarında 560 min nəfərdən çox Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdıran Əli Əhmədov bunun çox böyük göstərici olduğunu bildirib.

"Bu, eyni zamanda, onun göstəricisidir ki, bu sayda insan Heydər Əliyev ideyalarına dərindən inanır və bu ideyaların daşıyıcıları olmaq istəyirlər. Hər il YAP sıralarına 25-30 min insan qoşulur", - o əlavə edib.

Öz növbəsində, əməkdar artistlər Könül Xasıyeva və İlqar Muradov ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur hissi keçirdiklərini və partiyanın ideyalarına sadiq olacaqlarını vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti