...

Azərbaycan insanların siqaret çəkdiyi yerlər məhdudlaşdırmağa hazırlaşır

Cəmiyyət Materials 18 İyun 2012 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbaliyeva/

İnsanların siqaret çəkdiyi yerləri məhdudlaşdırmaq üçün dünyanın əksər ölkələrində qanunlar qəbul olunur, Azərbaycan da bu məsələyə hazırlaşır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, gələcəkdə Milli Məclis tərəfindən siqaret çəkilmə üçün yerlərinin məhdudlaşdırılması ilə bağlı qanun layihəsi müzakirə olunacaq.

Ağayev buraxılış imtahanına gələn şagirdlərin cibindən alışqan və siqaretin aşkarlanması hallarına da münasibət bildirib. O deyib ki, tütündən istifadə ictimaiyyətin, cəmiyyətin problemidir. Bu problemə dünyanın hər yerində rast gəlinir.

Nazir müavini Səhiyyə Nazirliyinin də bu məsələyə yaxşı baxmadığını söyləyib:

"Əlbəttə ki, Səhiyyə Nazirliyi bu məsələyə yaxşı baxa bilməz. biz tövsiyə edirik ki, nəinki məktəb şagirdləri, hətta institut tələbələri, bütün insanlar siqaretdən uzaq olsunlar. Siqaretin ziyanlı təsirləri haqqında mətbuatda da məlumat verilib", nazir müavini əlavə edib.

Xəbər lenti

Xəbər lenti