...

Azərbaycan və Hindistan arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş imzalana bilər

Cəmiyyət Materials 29 İyun 2012 09:49 (UTC +04:00)
Azərbaycan və Hindistan arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.
Azərbaycan və Hindistan arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş imzalana bilər

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan və Hindistan arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir.

Trend-in məlumatına görə, Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə günü bildirilib ki, nazir Azad Rəhimov Hindistanın gənclər və idman naziri Ajay Makenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə hər iki ölkənin gənclər və idman sahələrində daha sıx əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlıq haqqında sazişin imzalanmasının önəmi vurğulanıb və bu istiqamətdə yeni ideyaların üzərində çalışılacağı qeyd olunub.

Rəhimov Hindistanda şahmatın çox inkişaf etdiyini bildirərək Azərbaycanda da bu idman növünə çox böyük maraq olduğunu qeyd edib. "İdmançıların məhz bu idman növündə, eyni zamanda müxtəlif idman növlərində qarşılıqlı təlim-məşq toplantılarının keçirilməsi, gənclər təşkilatlarının qarşılıqlı əməkdaşlığı sahələrində çox böyük işlər görülə bilər", - o, deyib.

Nazir Küveyt, Bolqarıstan, Avstriya, Yunanıstan və digər ölkələrdə qarşılıqlı əməkdaşlıq nəticəsində bu ölkələrin tələbələri arasında gerçəkləşən "Mən Azərbaycan haqqında nə bilirəm?" layihəsinin Hindistanda da keçirilməsinin maraqlı ola biləcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti