...

Azərbaycanda növbəti buraxılış imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 5 İyul 2012 19:19 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 4-də tam orta təhsil bazasında keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda növbəti buraxılış imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 4-də tam orta təhsil bazasında keçirdiyi buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Rus dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30

Həmçinin, iyulun 4-də ümumi orta təhsil bazasında keçirdiyi buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana dili
(Azərbaycan bölməsi)

Ana dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-14

5-14

5-14

4

15-23

15-22

15-21

5

24-30

23-30

22-30

Xəbər lenti

Xəbər lenti