...

“Azərbaycan-Türkiyə qardaşlığından doğan əməkdaşlıq” adlı müsabiqənin qalibləri elan edilib

Cəmiyyət Materials 10 İyul 2012 13:02 (UTC +04:00)
Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibəti ilə Türkiyə səfirliyinin Mətbuat Şurası ilə birgə elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb.
“Azərbaycan-Türkiyə qardaşlığından doğan əməkdaşlıq” adlı müsabiqənin qalibləri elan edilib

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir E.Mehdiyev/

Bu gün Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibəti ilə Türkiyə səfirliyinin Mətbuat Şurası ilə birgə elan etdiyi yazı müsabiqəsinin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, "Azərbaycan-Türkiyə qardaşlığından doğan əməkdaşlıq" mövzusunda elan edilmiş müsabiqəyə müxtəlif KİV-lərdən 29 yazı daxil olub.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Əhməd Arslan deyib ki, qaliblər avqust ayında bir həftəlik İzmir şəhərinə səfər edəcəklər və buranın tarixi, gəzməli-görməli yerlərinə baş çəkəcəklər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə müsabiqəyə kifayət qədər səviyyəli məqalələrin təqdim edildiyini qeyd edərək müsabiqənin bu mövzuya həsr edilməsinin təsadüfi olmadığını bildirib.

MŞ sədri Azərbaycanla Türkiyə arasında münasibətlərin əsrlər öncə yaradıldığını deyib və əlavə edib ki, müstəqillik qazandıqdan sonra bu əlaqələr bərpa edilərək, yeni inkişaf mərhələsinə qədəm qoyub.

Amaşov müsabiqə iştirakçılarının iki qardaş ölkənin əməkdaşlığının müxtəlif istiqamətlərinə həsr olunan məqalələrlə çıxış etdiklərini deyib.

MŞ sədri bildirib ki, qaliblər ekspert qrupu tərəfindən müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti