...

Azərbaycanda jurnalistlərin sosial sığortası ilə bağlı problem hələ də həll olunmayıb

Cəmiyyət Materials 17 İyul 2012 10:37 (UTC +04:00)
Azərbaycanda jurnalistlərin sosial sığortası ilə bağlı problem hələ də həll olunmayıb.
Azərbaycanda jurnalistlərin sosial sığortası ilə bağlı problem hələ də həll olunmayıb

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir K.Zərbaliyeva/

Azərbaycanda jurnalistlərin sosial sığortası ilə bağlı problem hələ də həll olunmayıb.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, ATƏT-in Bakı ofisi, Avropa İttifaqı və Avropa Şurası arasında birgə Proqram çərçivəsində Mətbuat Şurasının tərəfdaşlığı ilə "Ənənəvi KİV-dən On-line mediaya" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Jurnalistlərin sosial sığortası ilə bağlı problemin həll olunmamasının səbəblərinə aydınlıq gətirən Amaşov deyib ki, Azərbaycanda redaksiyalarda çalışan jurnalistlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur. İşə götürənlə işə götürülən arasında müqavilənin tələblərə uyğun olmadan bağlanması, əsasən də müqavilənin olmaması problemin həllinə mane olur.

Onun sözlərinə görə, Azərbaycan KİV-lərində çalışan jurnalistlərin dəqiq sayı bəlli olmayana qədər həmin problemin həlli mümkün deyil.

Xəbər lenti

Xəbər lenti