...

Bakıda xarici ölkələrin arxiv rəhbərlərinin beynəlxalq konfransı keçiriləcək

Cəmiyyət Materials 26 İyul 2012 11:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, toplantıda Azərbaycana arxiv sənədlərinin gətirildiyi xarici ölkələrin arxiv rəhbərləri iştirak edəcəklər.
Bakıda xarici ölkələrin arxiv rəhbərlərinin beynəlxalq konfransı keçiriləcək

Azərbaycan, Bakı, 26 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda xarici ölkələrin arxiv rəhbərlərinin beynəlxalq konfransı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, toplantıda Azərbaycana arxiv sənədlərinin gətirildiyi xarici ölkələrin arxiv rəhbərləri iştirak edəcəklər.

Toplantıda indiyədək çap olunmuş sənəd toplularının təqdimat mərasimlərinin keçirilməsi də nəzərdə tutulur.

Tarix İnstitutundan bildirilib ki, institut tərəfindən ilk mənbələrin və tarixi sənədlərin nəşri ilə bağlı geniş islahatlar proqramı həyata keçirilir.

"Azərbaycan tarixi ilk mənbələrdə" adlı layihə çərçivəsində bu günə qədər müxtəlif xarici ölkələrin arxiv və kitabxanalarından (İstanbul, Ankara, Moskva, Sankt-Peterburq, Paris, London, Həştərxan, Dehli, Dağıstan və b.) gətirilmiş arxiv sənədlərindən ibarət 22 adda sənəd toplusu işıq üzü görüb.

Xəbər lenti

Xəbər lenti