...

Bakı metrosunun sərnişinləri üçün şad xəbər

Cəmiyyət Materials 8 Avqust 2012 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni sentyabrın 17-də yenidənqurmadan sonra əsas mərkəzi stansiyalardan biri olan "28 May" stansiyasının əsas girişini istismara verməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə Bakı Metropolitenindəki mənbə bildirib.

Onun sözlərinə görə, hazırda girişin yenidən qurulması və eskalatorun dəyişdirilməsi üzrə fəal işlər görülür.

"28 May" stansiyasının əsas girişi sərnişinlərin istifadəsi üçün sentyabrın 17-nə (bazar ertəsi) təsadüf edəcək tədris ilinin əvvəlində açılacaq", - mənbə qeyd edib.

Xəbər lenti

Xəbər lenti