Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir E.Mehdiyev/
İran vətəndaşı daxili orqanında Azərbaycana narkotik vasitə keçirmək istəyərkən saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı Khezerkandı Ahmada məxsus çamadana baxış zamanı gömrük nəzarətinə bəyan olunmayan 2 ədəd şüşə qabda, 30 ml və 65 ml həcmində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil olan metadon məhlulu aşkar edilib.
Bundan sonra Ahmadın üzərində şəxsi yoxlama zamanı onun daxili oraqnından (düz bağırsağından) selofan kəsiyinə bükülmüş bir bükümdə xalis çəkisi 5,724 qram tiryək, digər bükümdə isə üzərində "ddp/M20" nişanəsi olan, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daxil olan metadon adlı 3 ədəd həb aşkar edilərək götürülüb.
İran vətəndaşı daxili orqanında Azərbaycana narkotik keçirmək istəyərkən saxlanılıb
İran vətəndaşı daxili orqanında Azərbaycana narkotik vasitə keçirmək istəyərkən saxlanılıb.
